Kaş ki bir it olardı,
Hürərdi səhər axşam.
Mürgülü xatirələr, mürgülüyən bu şəhər
Oyanardı yuxudan, oyanardı birtəhər..
Xəzərin sahilində
Kaş ki bir it olardı,
için-için hürərdi görüb balıqçıları..
Xəzərin sahilində,
Balıqların dilində,
Kaş ki bir it hürərdi..
Kaş ki bir it hürərdi..
İsmayilov Kenan






