
Sevdiyi insana diqqət olarsa
Hər gün şirin şirin söhbət olarsa
Arada qarşılıqlı hörmət olarsa
Həmin məhəbbətin əmmasi olmaz
Qurduğun həyatdan bezib doydunsa
Qadına işgəncə edib vurdunsa
Xəyanətlə qadının qəlbin qirdinsa
Əmin ol o qəlbin bərpası olmaz
Sən ona bax,nolsun çoxdur baxanin
O olsun barmağına üzük taxanin
Sevdiyinin başına dünya yixanin
Dünyanın içində dünyası olmaz
Dərya bəyənəsən,dəniz sevəsən
Asan yox hər zaman qəliz sevəsən
Çalış sevəndə də təmiz sevəsən
Yalandan sevərsən,mənasi olmaz
Nurlan_Lətif





