Məni məmdən oğurladı səni məndən alan zaman
Qəlbim kovrək,qocalibdir,ancaq zahirim çox cavan
Sən zirvəli bir dağ düşün,hər tərəfi ciskin duman
Dumani sən ol eybi yox,saxlayaram qarı məndə
Bir məhəbbət isteyirəm,yari səndə yarı məndə
Gozlərin bir mirvaridir,dilin şirin,səsin nəğmə
Kipriklərin uzun uzun,gəlki ağ bənizin nəğmə
Sənlə kecdiyimiz yerdən gəlir sənsiz həzin nəgmə
Mizrab səndə titrədikcə,titrədirdi tarı məndə
Bir məhəbbət istəyirəm,yari səndə yarı məndə
Mənli olan xatirələr niyə sənin qəmin oldu?
Bu nurlanda olan urek işıq saçan şəmin oldu
Çəkib getdin ozgəsinə,xoşbəxtliklər sənin oldu
İcazə ver xoşbəxtlikdən qalsın biraz, barı məndə
Bir məhəbbət isteyirəm,yarı səndə yarı məndə
NURLAN _LƏTİF






