Amma bağışladım baxışlarına – Əfsanə Rəvan…

Qəbahət özünün, günah özünün,
“Bağışla” söyləmək belə çətindir?
Sənin ayrılığa varmış dözümün,
Qürurlu dayanmaq xasiyyətindir.

Yenə ilk addlmı məndən umursan,
Yenə gözləyirsən “barışaq?”- deyim.
Bu sevən qəlbimi niyə qırırsan?
Sənin mənə qarşı yoxmu istəyin?

Həmişə günahsız olduğum halda,
Səni sevdiyimçün əyilmişəm mən.
Daha yorulmuşam inan bu yolda,
Bu eşqə qurbanmı deyilmişəm mən?

Dəyməzsən inan ki qədirbilməzim,
Səninçün tökdüyüm göz yaşlarına.
Deyərdim “bir ömür üzün gülməsin”,
Amma bağışladım BAXIŞLARINA..

Əfsanə Rəvan













0 votes
Bu yazı Şair Durağı kategorisine gönderilmiş ve , , , , , ile etiketlenmiş. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.