Ceyhun Aranlı Şiirleri II

Bir gün qocalacam, bir gün öləcəm,
Onda olmayacaq daha ümüdlər.
Bir gün qocalacam,
bir gün alacaq
başımın üstünü qara buludlar…

Buludlar alacaq başımın üstün,
Gözlər “bulud” olub dolacaq onda.
“buludlar” alacaq başdaşım üstün,
“yağışlar” göz yaşı olacaq onda.

Gözlər ağlamalı,
gözlər dolmalı,
Yağışlar yağmasa bulud çəkilməz.
Yağışlar yağmalı,
qəlb boşalmalı,
Bulud yox olmasa,
günəş görünməz.
Buludlu gözlərdə gülüş görünməz…

Bir gün qocalacam,
sevdiyim qızın,
çöhrəsi qalacaq xatirimdə gənc.
Gənc qızı düşünmək qoca kişiyçün
Necə də eyibdir,
necə də gülünc…

Deyəcəm- bu evdə can qocaltmışam.
Nə olsun mən tikib, mən ucaltmışam,
bəlkə də, başıma enəcək bu ev.
Bir gün qocalacam, bir qarı bir mən,
Qocalar evinə dönəcək bu ev…

Qocalar evində yaşayanların
gələni-gedəni,
kimsəsi olmur…

Kölgəsində gəzən uşaqlar belə,
Çətin ki, bir daha altına gələ,
qurumuş ağacın kölgəsi olmur…

Bir gün öləcəyəm, cismim torpağa,
Ruhum şeirimə bürünəcəkdir.
İllərdi tozlanıb, oxunulmayan
Ölü şeirlərim diriləcəkdir!

Ceyhun Aranlı













0 votes
Bu yazı Şair Durağı kategorisine gönderilmiş ve , , , , ile etiketlenmiş. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.