Bircə dəfə baxışınla,
Dərdi-qəmi atırdım.
Gecələri kirpiyini,
Saya-saya yatırdım.
Elə getdin-
gözlərimdən
damla-damla süzüldün.
Baxdım pəncərə-pəncərə,
Qayıtmadın üzüldüm.
İndi daha səni ev-ev,
Axtarmıram gəzmirəm.
İndi daha qürurumu,
Addım-addım əzmirəm.
Bu şəhərin hər döngəsi,
hər dalanı şahidim.
Sənin üçün küçə-küçə,
Darıxan qadın idim…
Əfsanə Rəvan






